18 yaşlı basketbolçu Lebron Ceymsin rekordunu qırdı – NBA tarixində ilk
“Dallas Maveriks”in 18 yaşlı çaylağı Kuper Flaq NBA-də tarixi uğura imza atıb.
90plus.az xəbər verir ki, gənc basketbolçu “Los Anceles Klippers”lə səfər oyununda göstərdiyi performansla Lebron Ceymsin illərdir qırıla bilməyən rekordunu arxada qoyub. Intuit Dome Arenasında keçirilən qarşılaşmada “Dallas Maveriks” 114–110 hesabı ilə qalib gəlib və mövsümdə 6-cı qələbəsini əldə edib.
NBA draftının “1 nömrəsi” olan Flaq matçı 35 xal və 8 ribaundla tamamlayaraq liqa tarixində bir oyunda 35 xal atan ən gənc basketbolçu olub. Beləliklə, o, Lebron Ceymsə məxsus rekordu yeniləyib. ABŞ-li çaylaq həmçinin NBA tarixində 19 yaşına çatmadan bir matçda 30 və daha çox xal atan nadir oyunçulardan biri kimi Lebron Ceymsə qoşulub.
“Dallas Maveriks”də Flaqdan başqa Kley Tompson 23, Naci Marşall isə 18 xalla yadda qalıb.
Artıq ardıcıl 4 olmaqla mövsümdə 15-ci məğlubiyyətini yaşayan “Los Anceles Klippers”də Kavai Leonard 30, Ceyms Harden isə 29 xal toplayıb.
© Copyright 2025, All Rights Reserved