19 yaşlı gənc futbolçu ABŞ millisinə "yox" dedi
"Auqsburq"un müdafiəçisi Noakay Banks qarşıdan gələn beynəlxalq oyun pəncərəsində ABŞ millisinin heyətinə qoşulmayacaq.
90plus.az xəbər verir ki, 19 yaşlı futbolçu hələlik milli komanda seçimini etməyib. Onun Almaniya yığmasında çıxış etmək ehtimalı da mövcuddur.
Məhz bu səbəbdən Banks ABŞ millisindən aldığı dəvəti geri çevirib.
Qeyd: ABŞ yığması martın 28-də Belçika, üç gün sonra isə Portuqaliya ilə üz-üzə gələcək.
© Copyright 2026, All Rights Reserved