2 İtaliya klubu Silva üçün yarışır
“Yuventus” və “Milan” Bernardo Silvanı heyətə qatmaq üçün hərəkətə keçib.
90plus.az xəbər verir ki, son həftələrdə həm “Yuventus”, həm də “Milan” Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardo Silva ilə təmas qurub. “Mançester Siti”nin ulduz futbolçusunun müqaviləsi yayda başa çatır və bu da onun Avropada yeni addım atması üçün qapıları açır.
Səudiyyə Ərəbistanı klubları da Silvanı transfer etmək istəyir. Lakin futbolçu üçün əsas prioritet Avropada yüksək səviyyədə əsas rol oynamağa davam etməkdir. Luka Modriç və sabiq komanda yoldaşı Kevin De Brüyne nümunələri Silvanın Seriya A variantına daha real baxmasına səbəb olur.
Bununla belə, onun illik 10 milyon avro xalis maaş tələbi İtaliya klubları üçün ciddi maneə kimi qiymətləndirilir.
ℹ️ Calciomercato
© Copyright 2025, All Rights Reserved