2025 Puşkaş mükafatına bu qol layiq görüldü! VİDEO
2025-ci il Puşkaş mükafatı qalibi bəlli oldu – Santiaqo Montiel!
90plus.az xəbər verir ki, Dohada keçirilən, 2025-ci il üzrə FIFA The Best mükafatlandırma mərasimində ilin ən yaxşı qolu üçün verilən Puşkaş mükafatının qalibi Santiaqo Montiel olub.
O, 2025-ci ilin mayında Argentina çempionatında "Independiente" klubunun heyətində "Independiente Rivadavia"ya qarşı vurduğu inanılmaz qayçı zərbəsi ilə Puşkaş mükafatına layiq görülüb.
2025-ci ilin ən yaxşı qolu kimi seçilən epizod futbolsevərləri heyran edib. Montiel cərimə meydançasından kənarda topu nəzarətə götürdükdən sonra gözlənilməz şəkildə qayçı zərbəsi icra edib və topu qapının yuxarı küncünə göndərib:
Qolun VİDEOsu: https://t.me/doxsanplus/112506
Bu qol həm texniki çətinliyi, həm də estetik gözəlliyi ilə seçilir. Hadisənin ən təsirli tərəfi isə odur ki, Montiel cərimə meydançasının xəttinə yaxın nöqtədən belə mürəkkəb və riskli zərbəni dəqiqliklə yerinə yetirməyi bacarıb. Bu cür qolun necə vurulduğunu təsəvvür etmək belə çətindir.
Nəticədə Santiaqo Montiel səsvermədə üstün gələrək ilin ən yaxşı qolu nominasiyasında Puşkaş mükafatına layiq görülüb. Şübhəsiz ki, bu qol mükafatın son illər tarixində vurulmuş ən yadda qalan qollardan biri kimi xatırlanacaq.
ℹ️ Montiel ardıcıl ikinci argentinalı qalibdir – 2024-cü ildə bu mükafatı Alexandro Qarnaço qazanmışdı.
© Copyright 2025, All Rights Reserved