21 yaşlı Pas “Yuventus”u “yıxdı”

Niko Pas üçün unudulmaz gün: həm ayın gənc ulduzu, həm də matçın ən yaxşısı oldu.
90plus.az xəbər verir ki, İtaliya A Seriyasının 7-ci turunda baş tutan “Komo - Yuventus” oyununda meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar. Gənc argentinalı futbolçu Niko Pas bu görüşün əsas qəhrəmanlarından olub.
Matçdan öncə 21 yaşlı yarımmüdafiəçi “A Seriyada Ayın Gənc Ulduzu” mükafatına layiq görülüb. Qarşılaşmada isə o, parlaq oyununu davam etdirərək 1 qol və 1 məhsuldar ötürmə ilə komandasının qələbəsində həlledici rol oynayıb.
Komo 2 - 0 Yuventus
Kempf 4’ (a. Pas)
N. Pas 79’
Qollar:
https://t.me/doxsanplus/109316
https://t.me/doxsanplus/109318
“Yuventus”a qarşı inamlı çıxışına görə Pas oyunun sonunda “Matçın Ən Yaxşı Futbolçusu” seçilib.
21 yaşlı argentinalı üçün əsl möhtəşəm gün!
© Copyright 2025, All Rights Reserved