4 il əvvəl "Çelsi"də oynayırdı, bu gün heç kimə lazım deyil
Rumıniyanın ÇFR klubu Kurt Zuma ilə əməkdaşlığı dayandırıb.
90plus.az xəbər verir ki, Kluj təmsilçisi fransalı müdafiəçi ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib. Bu barədə klubun mətbuat xidməti açıqlama verib.
31 yaşlı mərkəz müdafiəçisi hazırda azad agent statusu daşıyır.
Qeyd: Kurt Zuma futbolçu karyerası ərzində “Sent-Etyen”, “Çelsi”, “Stok Siti”, “Everton” və “Vest Hem” klublarında çıxış edib. Təcrübəli oyunçu ÇFR-in heyətində 4 rəsmi qarşılaşmada meydana çıxıb.
© Copyright 2026, All Rights Reserved