40 yaşlı Valbuena doğma klubuna qayıdır

40 yaşlı Matye Valbuenadan sürpriz qərar: “Olimpiakos”a qayıdır.
90plus.az xəbər verir ki, təcrübəli fransız futbolçu Matye Valbuenanın peşəkar karyerası hələ də davam edir. Fransanın nüfuzlu “L’Équipe” nəşrinin yaydığı məlumata görə, 40 yaşlı futbolçu Yunanıstanın “Olimpiakos” klubuna geri dönməyə hazırlaşır.
Valbuena geridə qalan mövsümdə Yunanıstan ikinci liqa təmsilçisi “Afina Kallitea”nın formasını geyinmişdi. Burada bir mövsüm çıxış etdikdən sonra o, daha əvvəl 2019–2023-cü illər arasında uğurla oynadığı “Olimpiakos”a qayıtmağa qərar verib.
Karyerası ərzində Valbuena həm klub, həm də Fransa millisində ümumilikdə 848 oyunda 116 qol vurub, 185 məhsuldar ötürmə ilə yadda qalıb. O, xüsusilə texniki bacarığı, oyun oxuma qabiliyyəti və liderlik keyfiyyətləri ilə tanınıb.
“Olimpiakos” rəhbərliyi təcrübəli futbolçunu həm meydanda, həm də paltardəyişmə otağında motivasiyaedici bir fiqur kimi yenidən heyətə qatmaq niyyətindədir. Valbuenanın yenidən bu komandada hansı rolu üzərinə götürəcəyi yaxın günlərdə bəlli olacaq.
© Copyright 2025, All Rights Reserved