5 qolla qələbə qazanan PSJ lider deyil
PSJ evində qəbul etdiyi “Renn”i 5-0 məğlub etdi. "Renn”in 4 oyunluq qələbə seriyası sona çatdı.
90plus.az xəbər verir ki, Fransa Liqa 1-in 15-ci turunda Paris təmsilçisi “Monako”ya ötən turda 0:1 hesabıyla uduzmasına rəğmən, “Ren”i 5:0 hesabıyla darmadağın edib:
PSJ 5 - 0 Renn
Khvicha Kvaratskhelia 28', 67’
S. Mayulu 39'
I. Mbaye 88'
Goncalo Ramos 90+2
Qollar:
https://t.me/doxsanplus/111932
https://t.me/doxsanplus/111934
Ortabab büdcəyə malik, lakin böyük regional azarkeş dəstəyinə sahib şimal təmsilçisi “Lens” ötən həftəsonu son 21 ildə ilk dəfə Liqa 1 liderliyinə yüksəlmişdi və PSJ-nin nəticəsindən asılı olmayaraq liderliyini qoruyacaqdı.
Hazırda “Lens” 34 xalla 1-ci, PSJ 33 xalla 2-ci, “Marsel” və “Lill” isə 29 xalla onların ardınca gəlir. “Lill” cümə günü “Marsel” üzərində 1:0 hesablı qələbə qazanmışdı.
© Copyright 2025, All Rights Reserved