7 ay öncə: “İtaliyada baş məşqçi olmayacam”
 
                             
                         
                             
                                Futbolda sözün üstündə durmaq həmişə mümkün olmur. Luçano Spaletti bunu bir daha göstərdi.
90plus.az xəbər verir ki, 2025-ci ilin martında İtaliya millisinin baş məşqçisi olarkən o, belə demişdi:
“Napoli mənim bir klubdakı son təcrübəmdir. İtaliyada heç vaxt başqa komandaya rəhbərlik etməyəcəyəm.”
Cəmi 7 ay sonra 66 yaşlı mütəxəssis artıq “Yuventus”un sükanı arxasındadır. Turin klubu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb və komanda Çempionlar Liqasına vəsiqə qazansa, anlaşma daha iki il müddətinə uzadılacaq.
Spaletti indi “karyerada son dayanacaq” kimi təqdim etdiyi klub mərhələsinə geri dönüb və “Yuventus”u yenidən zirvəyə aparmağa çalışacaq. İtalyan futbolunda yeni intriqalar həyəcanla gözlənilir.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    © Copyright 2025, All Rights Reserved