7 qollu matçı “Liverpul” uddi
“Liverpul”dan əzmkar qələbə – 7 qollu matç!
İngiltərə Premyer Liqasının 28-ci turunda “Liverpul” doğma meydanda “Vest Hem”i 5:2 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, oyuna sürətli başlayan mersisaydlılar hesabı 5-ci dəqiqədə Hüqo Ekitike ilə açıb. Daha sonra Vircil van Deyk (24) və Aleksis Mak Allister (43) fərqlənərək ilk hissədə üstünlüyü möhkəmləndiriblər.
İkinci yarıda Tomas Souçek (49) qonaqların ümidlərini artırsa da, Kodi Qakpo (70) yenidən fərqi böyüdüb. Kastelyanos (75) “Vest Hem” adına qol vursa da, 82-ci dəqiqədə Aksel Disasinin avtoqolu matçın yekun nəticəsini müəyyənləşdirib – 5:2.
Bu qələbə ilə “Liverpul” Çempionlar Liqasına vəsiqə uğrunda mübarizədə vacib üç xal qazanıb:
Liverpul 5 - 2 Vest Hem
H. Ekitike 5’
V. Van Deyk 24’
A. Mak Allister 43’
T. Souçek 49’
K. Qakpo 70’
Kastelyanos 75’
A. Disasi 82’ (ö.q.)
Matçın qəhrəmanı 23 yaşlı Hüqo Ekitike olub. Fransalı hücumçu 1 qol və 2 məhsuldar ötürmə ilə komandasının uğurunda əsas pay sahibi olub. O, hazırda Premyer Liqada “Liverpul”un ən yaxşı bombardiridir.
© Copyright 2026, All Rights Reserved