800 nəfərlik kəndin komandası İsveçdə çempion oldu

“Myellbü” klubu tarixində ilk dəfə İsveç çempionatının qalibi olub.
90plus.az xəbər verir ki, Anders Torstenssonun rəhbərlik etdiyi kollektiv turnirin 27-ci turunda “Göteborq” üzərində 2:0 hesablı qələbə qazanaraq çempionluğu vaxtından əvvəl rəsmiləşdirib. Turnirin başa çatmasına üç tur qalsa da, “Myellbü” ikinci yerdə olan “Hammarbü”dən 11 xal öndədir.
Xellevik şəhərini təmsil edən bu komanda ilk dəfə ölkə birinciliyində qızıl medallara sahib çıxıb. Qeyd edək ki, “Myellbü” 2016–2018-ci illərdə İsveçin III liqasında çıxış edib, 2019-cu ildə isə ikinci divizionun çempionu olaraq elitaya yüksəlib.
1939-cu ildə əsası qoyulan klubun indiyə qədər İsveç çempionatında əldə etdiyi ən yüksək nəticə 5-ci yer olmuşdu. Komanda eyniadlı kiçik kəndi təmsil edir. Kəndin əhalisi 800 nəfərdən ibarətdir.
© Copyright 2025, All Rights Reserved