"Abşeron Lions" Avropada ilk oyununa çıxır
 
                             
                         
                             
                                Azərbaycan təmsilçisi “Abşeron Lions” bu gün FIBA "Europe Cup" turnirində ilk qrup matçına çıxacaq.
90plus.az xəbər verir ki, komandamız Estoniyanın “BC Kalev” klubu ilə qarşılaşacaq. Görüş Bakı İdman Sarayında keçiriləcək və saat 19:00-da start götürəcək.
Oyun “İdman TV” vasitəsilə canlı yayımlanacaq.
Basketbolsevərlər üçün bu qarşılaşma “Abşeron Lions”un Avropa arenasında gücünü nümayiş etdirmək baxımından xüsusi önəm daşıyır.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    © Copyright 2025, All Rights Reserved