Abubakar: “Azəebaycan çempionatı çətindir”
Vinsent Abubakar: “Azərbaycan Premyer Liqası kənardan asan görünür, amma əslində çox çətindir”.
90plus.az xəbər verir ki, “Neftçi”nin hücumçusu Vinsent Abubakar Azərbaycan Premyer Liqası və klubdakı şərait barədə diqqətçəkən açıqlamalar verib. Kamerunlu forvard liqanın göründüyündən daha çətin olduğunu bildirib:
🎤 “Azərbaycan Premyer Liqası barədə danışsaq, kənardan bəzən asan görünə bilər, amma əslində heç də elə deyil, tam əksi, çətin bir liqadır. Azərbaycan çox gözəl ölkədir. Buradakı insanlar futbola böyük hörmətlə yanaşır. Kluba gəldiyim gündən bəri gördüyüm qədərilə hər şey çox yaxşı təşkil olunub və korporativ quruluş da daha da yaxşılaşıb.”
Təcrübəli hücumçu həmçinin Azərbaycan futbolunun inkişaf etməkdə olduğunu, rəqabətin isə hər mövsüm daha da artdığını qeyd edib.
Kamerunlu forvard hazırda “Neftçi”nin hücum xəttində əsas fiqurlardan biri sayılır və komandanın mövsüm hədəflərinə çatmasında mühüm rol oynayır.
© Copyright 2026, All Rights Reserved