Abubakar: “Neftçi”yə faydalı olmaq üçün gəlmişəm”
“Neftçi”nin yeni futbolçusu Abubakar klubun mətbuat xidmətinə açıqlama verib.
90plus.az xəbər verir ki, o, komandaya uyğunlaşma prosesindən və hədəflərindən danışıb.
“İlk öncə komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm. Onlar Bakıya gəldiyim ilk gündən etibarən mənə çox isti münasibət göstəriblər. Məni ailə üzvləri kimi qarşıladılar. Bu, futbolçunun motivasiyası üçün çox vacibdir,” – deyə Abubakar bildirib.
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm. Komanda yoldaşlarımla gücümüzü birləşdirsək, yaxşı nəticələr qazana bilərik.”
Futbolçu həmçinin “Neftçi” azarkeşlərinin dəstəyi ilə komandanın daha uğurlu olacağına inandığını vurğulayıb.
© Copyright 2025, All Rights Reserved