Acun Ilıcalının komandasını İngiltərə dayandıran tapılmır
Acun Ilıcalının sahibi olduğu “Hall Siti” FA Kubokunda mərhələ adladı.
90plus.az xəbər verir ki, Acun Ilıcalının sahibi olduğu İngiltərə təmsilçisi “Hall Siti” FA Kubokunda uğurlu nəticə əldə edib. Turnirin 3-cü turu çərçivəsində “Hall Siti” doğma meydanda “Blekbörn Rovers”i qəbul edib.
Qarşılaşmanın əsas vaxtında və əlavə vaxtında hesab açılmayıb. Tərəflər 120 dəqiqə ərzində qolsuz bərabərliyi poza bilməyiblər. Penaltilər seriyasında isə “Hall Siti” rəqibinə 4:2 hesabı ilə qalib gələrək 4-cü tura yüksəlib.
İngiltərə klubunun “Beşiktaş”dan icarəyə götürdüyü Hadziahmetoviç oyunda 120 dəqiqə meydanda olub. Enis Destan isə qarşılaşmanın iştirak ərizəsində yer almayıb.
© Copyright 2026, All Rights Reserved