Acun komandanı satışa qoydu

Türkiyəli iş adamı Acun İlıcalının sahibi olduğu "Hall Siti" hazırda ağır dövrünü yaşayır.
90plus.az xəbər verir ki, İngiltərənin bu təmsilçisinin transferlər səbəbilə 22 milyon funt sterlinq məbləğində borcu var. Klub bu borcun təxirə salınması üçün digər klublarla müzakirələr aparır.
Bildirilir ki, bu maliyyə öhdəliklərinə görə "Hall Siti"yə üç transfer dönəmi üçün qadağa tətbiq olunub.
Türkiyəli sahibkar Çempionşip klubunu satmağı düşünür və artıq bu istiqamətdə danışıqlara start verib.
Xatırlatma: Acun İlıcalı 2022-ci ildən etibarən klubun sahibidir. Onun rəhbərliyi dövründə əsas məqsəd Premyer Liqaya vəsiqə qazanmaq idi, lakin bu hədəf reallaşmayıb.
© Copyright 2025, All Rights Reserved