Acun Mahiri komandasında görmək istəyir

Türkiyəli iş adamı Acun Ilıcalı Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə əlaqə saxlayıb.
90plus.az xəbər verir ki, Acun Ilıcalı Mahirə sahibi olduğu İngiltərə Çempionşip klubu "Hall Siti"də çıxış etməyi təklif edib.Acun Ilıcalı bu keçid üçün təkid edib.
Lakin Mahir hələlik qərar verməyə tələsmir. Buna səbəb Zaqrebin "Dinamo" klubunda ona yetərincə oyun şansı verməyən keçmiş baş məşqçisi Sergey Yakiroviçin "Hall Siti"nin baş məşqçisi postuna gətirilməsidir.
Məhz bu amil səbəbindən Emreli hələ gözləməyi üstün tutur.
© Copyright 2025, All Rights Reserved