Adam Lallana rəsmən baş məşqçidir
Rəsmi: Adam Lallana “Sauthempton”un U-21 komandasına baş məşqçi təyin olundu.
90plus.az xəbər verir ki, Adam Lallana “Sauthempton” klubunun U-21 komandasının daimi baş məşqçisi olub. Klub keçmiş futbolçusu ilə rəsmi müqavilə imzalayıb. O, buna qədər komandanın müvəqqəti baş məşqçisi idi.
Təyinatdan sonra açıqlama verən Lallana bu qərarın onun üçün xüsusi məna daşıdığını bildirib:
“Akademiyasında yetişdiyim kluba qayıtmağım çox doğru hissdir. Bu kluba çox şey borclu olduğumu düşünürəm”.
Qeyd: Adam Lallana futbolçu karyerasına məhz “Sauthempton” akademiyasında başlayıb və əsas komandaya qədər yüksəlib. Klub rəhbərliyi onun gənc futbolçuların inkişafında mühüm rol oynayacağına inanır.
© Copyright 2026, All Rights Reserved