Addainin qolu ən yaxşılar arasında
UEFA bu mövsüm Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının əsas mərhələlərində vurulan ən yaxşı qollardan ibarət video hazırlayıb.
90plus.az xəbər verir ki, siyahıda “Qarabağ”ın futbolçusu da yer alıb.
Belə ki, Ağdam klubunun yarımmüdafiəçisi Emmanuel Addai Çempionlar Liqasının II turunda Bakıda Danimarkanın "Kopenhagen" komandası ilə keçirilən matçda (2:0) vurduğu qol ilə ən yaxşılar siyahısına düşüb.
Qeyd: Həmin görüşdə ilk qolu isə Abdullah Zubir qeydə almışdı.
© Copyright 2026, All Rights Reserved