AFCON: 1/4 finalın ilk cütü bilindi
Kamerun və Mərakeş Afrika Millətlər Kubokunun dörddəbir finalında qarşı-qarşıya olacaqlar!
90plus.az xəbər verir ki, 5 qat Afrika çempionu Kamerun Afrika Millətlər Kubokunda (AFCON) 1/8 final mərhələsini uğurla keçərək dörddəbir finala vəsiqə qazanıb.
“Kamerun aslanları” 1/8 finalda Cənubi Afrika Respublikasını 2:1 hesabı ilə məğlub edib. Qarşılaşmada kamerunluların qollarını Tçamadeu (34) və Kofane (47) vurub. Rəqibin yeganə cavab qolu isə oyunun sonlarında Makgopadan (88) gəlib. Bu nəticə ilə Cənubi Afrika turnirlə vidalaşıb:
CAR 1 – 2 Kamerun
Tçamadeu 34’
Kofane 47’
Makgopa 88’
Kamerunun dörddəbir finaldakı rəqibi turnirin ev sahibi Mərakeş olacaq. Mərakeş millisi də 1/8 finalda Tanzaniyanı minimal hesabla məğlub edərək növbəti mərhələyə yüksəlib. Oyunda yeganə qolu Brahim Dias 64-cü dəqiqədə vurub:
Mərakeş 1 – 0 Tanzaniya
B. Dias 64’
Beləliklə, AFCON-un 1/4 final mərhələsində azarkeşləri maraqlı duel gözləyir:
Kamerun – Mərakeş
© Copyright 2026, All Rights Reserved