AFCON-2025: Fil Dişi Sahili 1/4-də Misirə rəqib oldu
Amad Diallo parladı: Fil Dişi Sahili Burkina-Fasonu rahatlıqla keçərək 2025 Afrika Millətlər Kubokunda 1/4 finala yüksəldi.
90plus.az xəbər verir ki, 2023-cü ildə öz meydanında keçirilən Afrika Millətlər Kubokunda dramatik qələbələr və geri dönüşlərlə çempion olan Fil Dişi Sahili Mərakeşdə də inamlı görünür:
Fildişi Sahilləri 3 - 0 Burkina Faso
A.Diallo 20'
Y.Diomande 32'
B. Ture 87’
“Fillər”in səltənətinə son qoymaq niyyətində olan Misir yığması — Məhəmməd Salahın komandası — şənbə günü baş tutacaq maraqlı qarşılaşmada Fil Dişi Sahili ilə üz-üzə gələcək.
© Copyright 2026, All Rights Reserved