AFCON 2025: Mərakeş yarımfinala yüksəldi
35-ci Afrika Millətlər Kubokunda (AFCON 2025) ev sahibi Mərakeş yığması Kamerun seçməsini 2:0 hesabı ilə məğlub edərək yarımfinal mərhələsinə adını yazdırıb.
90plus.az xəbər verir ki, Afrika Futbol Konfederasiyasının təşkilatçılığı və Mərakeşin ev sahibliyi ilə keçirilən turnirin 1/4 final mərhələsində baş tutan qarşılaşmada meydan sahibləri üstün oyun nümayiş etdiriblər.
Brahim Dias Afrika Millətlər Kuboku 2025-də ardıcıl beşinci oyunda da fərqlənib.
Turnirin ev sahibi Mərakeş 50 ildən sonra ilk qitə titulunu qazanmaq ümidlərini qoruyub saxlayıb və yarımfinala yüksəlib:
Kamerun 0 - 2 Mərakeş
B. Dias 26’
İ. Saibari 74’
AFCON, 1/4 final
© Copyright 2026, All Rights Reserved