AFCON-da qalmaqal! Bugünkü oyunların hakimləri dəyişdi
QALMAQALLI QƏRAR: CAF Mərakeşin şikayətindən sonra bu günkü AFCON oyunlarının BÜTÜN hakimlərini dəyişdi.
90plus.az xəbər verir ki, Afrika futbolunda böyük qalmaqal yaşanır. Afrika Futbol Konfederasiyası (CAF) Mərakeş Futbol Federasiyasının rəsmi şikayətindən sonra bu gün keçiriləcək Afrika Millətlər Kuboku (AFCON) çərçivəsində iki oyunun bütün hakim heyətini tamamilə dəyişib.
Ən diqqətçəkən məqam isə Mərakeş – Kamerun oyunu ilə bağlıdır. İlkin olaraq bu qarşılaşmaya misirli hakim təyin olunmuşdu. Lakin Mərakeş tərəfinin etirazından sonra CAF geri addım ataraq oyunu mavritaniyalı hakim Dahane Beidaya tapşırıb.
Bu qərar Kamerun Futbol Federasiyasında ciddi narazılıq doğurub. Məlumata görə, Kamerun tərəfi CAF-in bu addımı ilə bağlı rəsmi apellyasiya şikayəti verməyə hazırlaşır.
Hadisə Afrika futbolunda hakim təyinatlarının nə qədər həssas və siyasi xarakter daşıdığını bir daha ortaya qoyur. CAF-in son anda verdiyi bu qərar turnirin ədalətliliyinə kölgə salıb və böyük mübahisələrə yol açıb.
🔗 Mənbə: L’Équipe
© Copyright 2026, All Rights Reserved