AFCON: Meydan sahibləri 1/4 finala çıxdı
Mərakeş Afrika Millətlər Kubokunun son 16 turunda Tanzaniya üzərində 1:0 hesabı ilə qələbə qazanaraq 1/4 finala yüksəlib.
90plus.az xəbər verir ki, Moulay Abdellah stadionunda BSİ 20:00-da başlayan qarşılaşmanı Malili hakim Boubou Traore idarə edib. Qələbə qolunu 64-cü dəqiqədə Brahim Diaz vurub və bu nəticə ilə Mərakeş turnirdə növbəti mərhələyə adını yazdırıb:
Mərakeş 1 - 0 Tanzaniya
B. Dias 64’
AFCON, 1/8 final
1/4 finalda Mərakeş Cənubi Afrika və ya Kamerun arasında qalib gələcək komandaya qarşı oynayacaq.
© Copyright 2026, All Rights Reserved