AFCON: PSJ-nin yüksələn ulduzu millisini 1/4-ə daşıdı
PSJ-nin yüksələn ulduzu İbrahim Mbaye Afrika Millətlər Kubokunun pley-off mərhələsində Sudana qarşı keçirilən oyunda ehtiyatdan meydana çıxaraq Seneqal yığmasının üçüncü qolunu vurub.
90plus.az xəbər verir ki, Mbayenin qolu matçın taleyini həll edib və geridən gələn Seneqala qələbə qazandırıb. Oyunun 6-cı dəqiqəsində Sudan hesabı açaraq önə keçmişdi.
Bu qol Mbaye üçün milli komandanın heyətində böyük turnirlərdə vurulan ilk qol olub və bunu pley-off mərhələsində etməsi xüsusi əhəmiyyət daşıyır. Bu nəticə ilə Seneqal 1/4 finala yüksəlib.
Cəmi 17 yaşı olmasına baxmayaraq göstərdiyi performansla Mbaye Seneqal futbolunun gələcək böyük ulduzlarından biri hesab olunur.
© Copyright 2026, All Rights Reserved