AFF-nin prezidenti Zaur Axundova ev dustaqlığı verildi
Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundov barəsində cinayət işi açılıb.
90plus.az xəbər verir ki, federasiya rəhbəri ilə bağlı artıq hüquqi qərar verilib.
Bakı Hərbi Məhkəməsinin qərarına əsasən, Zaur Axundov haqqında ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hakim təqsirləndirilən şəxsin daimi yaşayış yerinin mövcudluğunu və istintaqdan yayınma riskinin real olmamasını nəzərə alaraq prokurorun təqdimatını təmin edib. Ev dustaqlığı həbsə alternativ qətimkan tədbiri hesab olunur və bu zaman şəxs yaşayış yerini tərk etməmək və müəyyən məhdudiyyətlərə riayət etmək öhdəliyi daşıyır.
Məlumata görə, Zaur Axundov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda mənimsəmə) üzrə ittiham irəli sürülüb.
Həmçinin bildirilir ki, Zaur Axundovun “Araz-Naxçıvan” futbol klubunun rəhbəri olan qardaşı Ramin Axundov siqaret qaçaqmalçılığı ilə bağlı aparılan cinayət işi çərçivəsində axtarışdadır.
© Copyright 2026, All Rights Reserved