AFFA açıqladı: Oman millisi Bakıya gələ bilmir
Azərbaycanda keçiriləcək “FIFA Series - 2026” beynəlxalq turnirinin təqvimində və formatında dəyişiklik olunub.
90plus.az xəbər verir ki, buna səbəb Oman milli komandasının Yaxın Şərqdə davam edən hərbi gərginlik səbəbindən ölkəmizə səfər edə bilməməsidir.
FIFA ilə razılaşdırılmış yeni formata əsasən, turnir iki oyundan ibarət olacaq. Azərbaycan milli komandası martın 27-də Sent Lüsiya, martın 30-da isə Syerra Leone yığması ilə üz-üzə gələcək.
Qeyd: Hər iki qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da start götürəcək.
© Copyright 2026, All Rights Reserved