AFFA bu klubları yarışlardan kənarlaşdırdı

AFFA Ağcabədinin "Hindarx" klubunun U-13 və U-14 Liqalarında çıxış edən komandalarını yarışlardan uzaqlaşdırıb.
90plus.az xəbər verir ki, buna səbəb komandaların heyətlərində lisenziyası saxtalaşdırılmış futbolçuların aşkar edilməsi olub.
Həmin futbolçuların bu mövsüm ərzində meydana olduğu bütün matçlarda komandaları 0:3 hesablı texniki məğlubiyyət alıb.
Bundan başqa, "Hindarx" komandasının rəsmisi Samiq Quliyev futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırdığına görə 6 aylıq futboldan kənarlaşdırılıb.
© Copyright 2025, All Rights Reserved