AFFA bu komandanı yarışlardan uzaqlaşdırdı
                            
                        
                            
                                AFFA İntizam Komitəsi Mingəçevirin "Uğur" komandasının U-13 Liqasından kənarlaşdırılması barədə qərar çıxarıb.
90plus.az xəbər verir ki, buna səbəb komandanın fevralın 16-da Bərdənin "Qala" kollektivi ilə görüşdə təyin olunan vaxtda gəlməməsi olub. "Uğur"a 0:3 hesablı texniki məğlubiyyət verilib və bu hal üçüncü dəfə təkrarlandığı üçün Mingəçevir təmsilçisi yarışdan kənarlaşdırılıb.
Eyni turnirdə "Xan Lənkəran" "Sumqayıt"la görüşdə adı protokolda olmayan futbolçu oynatdığı üçün texniki məğlubiyyət alıb.
U-14 Liqasında "Zəngəzur", Göyçayın "Çinar" komandaları təyin olunan vaxtda matça gəlmədiklərinə, U-12 Liqasında isə "Qartal" lisenziyasız oyunçu ilə meydana çıxdığına görə texniki məğlubiyyətlə üzləşib.
Yüksək Qızlar Liqasında "Baku Juniors" "Sumqayıt"la qarşılaşmada protokolu təqdim etmədiyindən eyni aqibəti yaşayıb.
Region Liqasında "Ərgünəş" "Ümid"lə matçda lisenziyasız oyunçu, "Sabirabad" isə "Mil"lə görüşdə başqa komandanın futbolçusunu oynatdığı üçün texniki məğlubiyyət alıb.
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    © Copyright 2025, All Rights Reserved