AFFA-dan "Şəmkir"ə cəza - Texniki məğlubiyyət
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
90plus.az xəbər verir ki, iclasda II Liqada baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar açıqlanıb:
II Liqa XVII tur:
9 mart 2026-cı il tarixində II Liqada XVII turun “Şirvan” – “Quba” oyununda “Quba” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimələnib (maddə 43.1).
Həmin tarixdə keçiriləcək “Şəmkir” – “Xankəndi” qarşılaşmasında “Şəmkir” komandası Əsasnamənin tələblərini pozaraq oyuna çıxacağı forma barədə məlumat verməyib, AFFA nümayəndəsi və PFL-in tələblərinə əməl etməyib, müxtəlif bəhanələrlə matçın keçirilməsindən imtina edib və PFL tərəfindən təyin edilmiş oyun vaxtında meydançaya çıxmayıb. Nəticədə “Şəmkir” komandası 0:3 hesablı texniki məğlubiyyət alıb (maddə 58.3, 77.1, 88, 94).
10 mart 2026-cı il tarixində II Liqada XVII turun “Ağdaş” – “Qaradağ Lökbatan” oyununda “Ağdaş” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimələnib (maddə 43.1).
Eyni oyunun 81-ci dəqiqəsində “Ağdaş” komandasının 5 nömrəli futbolçusu Vasif Nəsirov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb, hakimi təhqir etdiyi üçün 5 oyun cəzalanıb və “Ağdaş” komandası 1000 manat cərimə olunub.
© Copyright 2026, All Rights Reserved