AFFA Hakimlər Komitəsinin sədri seçilib

AFFA Hakimlər Komitəsinin yeni sədri belçikalı mütəxəssis Frank de Bleker olub.
90plus.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin son iclasında Hakimlər Komitəsinin sədri məsələsi müzakirə olunmuş, namizədlərdən belçikalı Frank de Blekerə üstünlük verilmişdi.
Müqaviləyə dair bəzi şərtlərin müzakirəsindən sonra belçikalı FIFA referisi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd: Frank de Bleker iyulun 28-dən Misli Premyer Liqası və I Liqa hakimlərinin təlim-məşq toplanışına rəhbərlik edəcək.
Mənbə: AFFA
© Copyright 2025, All Rights Reserved