AFFA klubları 4500 manat cərimələdi
Bu gün İntizam Komitəsinin növbəti iclası baş tutub.
90plus.az - ın PFL-ə istinadla yaydığı məlumata görə, iclasda I Liqada qeydə alınmış intizam pozuntularına dair qərarlar verilib:
I Liqa, XX tur
2 aprel 2026-cı ildə keçirilən “Səbail” – “Baku Sportinq” qarşılaşmasının 65-ci dəqiqəsində “Səbail”in baş məşqçisi Adil Şükürov ikinci sarı vərəqədən sonra qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. O, bundan sonra hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalandırılıb, klub isə 3000 manat məbləğində cərimə olunub (maddə 52.4);
Həmin oyunda “Səbail” azarkeşlərinin hakimlərə qarşı kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsi səbəbindən klub əlavə olaraq 1500 manat cəriməyə məruz qalıb (maddə 52.5);
3 aprel 2026-cı ildə baş tutan “Mingəçevir” – “Şəfa” matçından sonra meydançaya kənar şəxslərin daxil olması və bu halın mövsüm ərzində ikinci dəfə təkrarlanması səbəbindən “Mingəçevir” klubu 1500 manat cərimələnib (maddə 86.3);
Eyni qarşılaşmada “Şəfa” komandasının 5 futbolçusunun sarı vərəqə almasına görə klub 210 manat cərimə ödəyəcək (maddə 43.1).
© Copyright 2026, All Rights Reserved