AFFA “Neftçi”nin futbolçusuna cəza “kəsdi”
AFFA İntizam Komitəsindən qərar: İqor Ribeyro 3 oyunluq cəzalandırıldı, “Neftçi” və “İmişli” cərimələndi.
90plus.az xəbər verir ki, AFFA İntizam Komitəsi “Neftçi”nin müdafiəçisi İqor Ribeyroya üç oyunluq oyunluq cəza verib. Bu qərar futbolçunun Misli Premyer Liqasının III turunda “Turan Tovuz”la matçda birbaşa qırmızı vərəqə alması ilə əlaqədardır.
Matçın 55-ci dəqiqəsində rəqibinə təcavüzkar hərəkət edən Ribeyro cəzalandırılıb. Bundan əlavə, “ağ-qaralar” 3000 manat cərimələnib və azarkeşlərin meydana kənar əşyalar atması səbəbindən əlavə 2000 manat ödəyəcək.
Eyni zamanda, “İmişli” klubu da “Sabah”la oyuna gec çıxması səbəbindən 3000 manat cərimələnib.
Qeyd: 3-cü turda “Neftçi” “Turan Tovuz”a, “Sabah” isə “İmişli”yə 0:1 hesabı ilə məğlub olub.
© Copyright 2026, All Rights Reserved