AFFA-nın funksioneri "Qalatasaray"ın oyununda
AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan yeni təyinat əldə edib.
90plus.az xəbər verir ki, bu barədə məlumatı AFFA-nın rəsmi saytı yayıb.
Mustafayeva UEFA Gənclər Liqasının liqa mərhələsində baş tutacaq “Qalatasaray” (Türkiyə) – “Union” (Belçika) qarşılaşmasında UEFA nümayəndəsi qismində çıxış edəcək. Matç noyabrın 25-də İstanbulda yerləşən “Esenler Erokspor” stadionunda keçiriləcək.
© Copyright 2025, All Rights Reserved