AFFA prezidenti Rövşən Nəcəf Dünya çempionatı haqqında danışdı

AFFA-nın prezidenti Rövşən Nəcəf 2025-ci ildə Bakıda baş tutacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirak edib.
90plus.az xəbər verir ki, tədbirdə çıxış edən qurum rəhbəri mundialda yarışacaq bütün komandalar üçün uğurlar diləyib:
“Bakı daha bir nüfuzlu tədbirə ev sahibliyi edəcək. İdman sahəsində də uğurlar əldə edirik. Bu, bizə idmanın inkişafını göstərmək imkanı yaradır. Azərbaycan xalqının futbola olan sevgisini nümayiş etdiririk. Orxan Məmmədova və onun komandasına təşəkkür edirəm. Onların sayəsində bu turniri qəbul edirik. Gələcək nəsillərə göstərmək istəyirik ki, əgər inanırsınızsa və uzunmüddətli baxışa sahibsinizsə, çox şeyə nail olmaq mümkündür. Dünya çempionatında çıxış edəcək komandalara uğurlar arzulayıram.”
© Copyright 2025, All Rights Reserved