Afrikalı futbolçuda yaş skandalı - 37 bildilər, 43 çıxdı
Seydu Dumbiyanın yaşı ilə bağlı qalmaqal, yaş testi iddiaları müzakirə doğurdu.
90plus.az xəbər verir ki, Fil Dişi Sahilinin sabiq hücumçusu Seydu Dumbiaya tətbiq olunan polisqraf (yalan detektoru) testi onun rəsmi yaş göstəriciləri ilə uyğun gəlməyən nəticələr verib. Rəsmi sənədlərdə 37 yaşında göstərilən futbolçu ilə bağlı test zamanı qeydə alınan reaksiyalar şübhələr yaradıb.
Mənbənin iddiasına əsasən, suallar zamanı belə bir dialoq olub:
— “40 yaşdan yuxarısınız?”
— “Xeyr.” (Polisqraf: aldadıcı) — “Mümkün deyil!”
— “45 yaşdan yuxarısınız?”
— “Xeyr.”
— “42 yaşdan yuxarısınız?”
— “Xeyr.” (Polisqraf: aldadıcı)
Ekspertlərin qiymətləndirməsinə görə, Dumbia “40-dan böyük, 45-dən kiçik, təxminən 42 yaşında” ola bilər. Bu isə onun doğum ilinin 1982 və ya 1983 ola biləcəyini göstərir. Sonuncu sualda — “43 yaşınız varmı?” — futbolçu yenə “Xeyr” cavabı verib.
Qeyd: Seydu Dumbia 2021-ci ilə qədər Maltanın “Hamrun Spartans” klubunda çıxış edib və 2025-ci ildə karyerasını başa vurduğunu açıqlayıb.
© Copyright 2026, All Rights Reserved