“Ağ-Qaralar” 3 qola sevindilər
Turun son matçında “Ağ-Qaralar” sevindilər.
90plus.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında 24-cü turun son oyununda “Neftçi” səfərdə “Qəbələ” üzərində inamlı qələbə qazanıb.
Qarşılaşmaya daha fəal başlayan meydan sahibləri 19-cu dəqiqədə hesabı açıb. Hakimin təyin etdiyi penalti zərbəsini S. Keita dəqiq yerinə yetirib. Lakin “Ağ-Qaralar”ın cavabı çox gecikməyib. Cəmi üç dəqiqə sonra B. Sambou fərqlənərək hesabı bərabərləşdirib.
İkinci hissədə təşəbbüsə sahib olan “Neftçi” 69-cu dəqiqədə önə keçib. Bu dəfə penalti zərbəsini E. Mahmudov qola çevirib. Paytaxt təmsilçisi 77-ci dəqiqədə üstünlüyünü daha da möhkəmləndirib – M. Məmmədov komandasının üçüncü qolunu vuraraq oyunun yekun nəticəsini müəyyənləşdirib.
Beləliklə, “Neftçi” səfərdə 3:1 hesablı qələbə qazanaraq turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. “Qəbələ” isə 11-ci mövqedə qalmaqdadır:
Qəbələ 1 - 3 Neftçi
S. Keita 19’ (p)
B. Sambou 22’
E. Mahmudov 69’ (p)
M. Məmmədov 77’
Qollar: https://t.me/doxsanplus/115378
Azərbaycan Premyer Liqasında 2025/26 mövsümündə 24 turdan sonra turnir cədvəli:
© Copyright 2026, All Rights Reserved