“Al Hilal” Fernandes üçün vazkeçilməz təkliflə gəlir

Bruno Fernandeşi heyətinə qatmaq istəyən “Al Hilal” portuqaliyalı oyunçuya 3 illik illik 77 milyon avro maaş təklif edib.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Pro Liqa komandası “Mançester Yunayted”ə 120 milyon avro təklif etməyə hazırlaşır.
Mənbələr “Mançester Yunayted”in kapitan Fernandesi satmaq istəmədiyini bildirsələr də, Avroliqanın finalındakı məğlubiyyətdən sonra kluba edilən maliyyə təzyiqləri onların mövqeyini dəyişdirə bilər. Gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməməsi o demək idi ki, “qırmızı şeytanlar” bu yarışdan 100 milyon funt-sterlinq gəlirini itirdi.
"Al Hilal" isə Bruno Fernandesi transfer etməkdə tələsir. Çünki gələn ay ABŞ-da keçiriləcək FIFA Klublararası Dünya Çempionatında portuqaliyalının onlar üçün oynamasını istəyirlər.
📰: MailSport
© Copyright 2025, All Rights Reserved