"Al-Hilal"ın portuqaliyalısı Avropaya dönür
Avropanın bir neçə aparıcı klubu “Al-Hilal”ın yarımmüdafiəçisi Ruben Neves üçün ilkin addımlar atıb.
90plus.az xəbər verir ki, Portuqaliya millisinin üzvü Səudiyyə Ərəbistanı Pro Liqasında çıxış edən “Al-Hilal”la müqaviləsinin son 6 ayına daxil olub. Klub futbolçuya yeni müqavilə təklif etsə də, Nevesin bu təklifi qəbul etməyə meyilli olmadığı bildirilir.
Bu səbəbdən yanvar ayında onun Avropaya qayıtmaq ehtimalı yaranıb. Məlumata görə, “Al-Hilal” yarımmüdafiəçinin satışına açıqdır.
Daha əvvəl Ruben Nevesin adı yay transfer dövründə yarımmüdafiə xəttini gücləndirmək istəyən “Mançester Yunayted”lə də hallanmışdı. Lakin Fabrizio Romano hazırkı maraq göstərən klubların adlarını açıqlamayıb.
© Copyright 2026, All Rights Reserved