Alaba “Real”dan gedir
David Alaba “Real Madrid”dən ayrılır.
90plus.az xəbər verir ki, “Real Madrid”in müdafiəçisi David Alaba məşq zamanı sağ ayağının bal əzələsindən (soleus) zədələnib. Avstriyalı futbolçunun ən azı 10 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu səbəbdən o, “Barselona” ilə “El-Klasiko”da iştirak etməyəcək.
Alaba bu mövsüm də tez-tez zədələr səbəbindən komandasına kömək edə bilməyib. O, Karlo Ançelottinin son mövsümündə də oxşar problemlərlə üzləşmişdi. Müdafiəçi son aylarda Xabi Alonsonun əsas heyət planlarında da çox yer almır.
İspan mediasının və jurnalist Fabrizio Romanonun məlumatına görə, David Alaba 2024/25 mövsümünün sonunda azad agent kimi “Real Madrid”dən ayrılacaq.
Alabanın “Real Madrid”lə qazandığı titullar:
2 La Liqa kuboku;
1 Kral Kuboku (Copa del Rey);
1 İspaniya Superkuboku;
1 Çempionlar Liqası;
1 UEFA Superkuboku;
1 FIFA Klubların Dünya Çempionatı.
© Copyright 2025, All Rights Reserved