Albaniyada Azərbaycan derbisi
Albaniyada futbol üzrə Superliqanın 26-cı turu baş tutub.
90plus.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Partizani" (Tirana) doğma meydanda millimizin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" ilə üz-üzə gəlib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Əliyev oyunu başa çatana qədər meydanda olub, İsgəndərli isə bütün qollar vurulduqdan sonra, 88-ci dəqiqədə oyunu tərk edib.
Hazırda "Eqnatiya" 46 xalla turnir cədvəlində 3-cü, "Partizani" isə 39 xalla 5-ci sırada qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved