Alisson Salahla bağlı: "Komandada vəziyyət yaxşı deyil"
“Liverpul”da əhval-ruhiyyə necədir? Alisson Salah vəziyyətindən sonra komandanın durumunu açıqladı.
90plus.az xəbər verir ki, “Liverpul”un qapıçısı Alisson Bekker komandanın Çempionlar Liqasındakı “İnter”lə oyunu öncəsi Məhəmməd Salah ətrafında gedən vəziyyətə münasibət bildirib və komanda daxilindəki atmosfer barədə danışıb.
Alisson jurnalistlərə açıqlamasında deyib:
“Əlimizdən gəldiyi qədər yaxşı etməyə çalışırıq. Hər bir futbolçunun bu vəziyyətlə bağlı öz düşüncələri var, amma hazırda üzləşdiyimiz çətinlikləri bilirik. Yaxşı oynamamaq, nəticə qazana bilməmək onsuz da kifayət qədər çətin idi. Biz bunu dəyişməli və oyunlarda daha stabil olmalıyıq.”
Braziliyalı qapıçı komandanın sabahkı matçda reaksiyasının önəmli olduğunu vurğulayıb:
“Şəxsi olaraq necə hiss etdiyimiz o qədər də önəmli deyil. Biz sabah vəziyyətə doğru reaksiyanı göstərməliyik. ‘İnter Milan’a hörmət edərək oyunu qazanmağa çalışacaq və bunu yaxşı oyunla haqq etməliyik.”
© Copyright 2025, All Rights Reserved