Alkantara Jota üçün gözyaşı tökdü
Tiaqo Alkantara göz yaşlarını saxlaya bilmədi – Jota üçün duyğulu anlar...
90plus.az xəbər verir ki, “Liverpul” və “Borussia Dortmund” klubları arasında keçirilən əfsanələrin xeyriyyə matçında təsirli anlar yaşanıb.
Enfild stadionuna toplaşan azarkeşlər oyunun 20-ci dəqiqəsində Dioqo Jotanı yad ediblər. Tribunalarda alqışlar səslənib və bu anlar stadionda emosional atmosfer yaradıb.
Həmin məqamda meydanda olan Tiaqo Alkantara da hisslərinə hakim ola bilməyib. Təcrübəli yarımmüdafiəçi göz yaşlarını saxlaya bilməyərək Jotanın xatirəsini ehtiramla yad edib.
Qeyd: Xeyriyyə xarakterli qarşılaşma futbolsevərlərə həm nostalji anlar yaşadıb, həm də duyğusal səhnələrlə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved