Alman hakimdən futbolu dəyişən qaydalar
Almaniyalı hakim Patrik İttrix futbol qaydalarında maraqlı və bir qədər qeyri-adi dəyişikliklər təklif edib.
90plus.az xəbər verir ki, onun fikrincə, bu qaydalar həm oyunun ədalətli, həm də daha dinamik keçməsinə kömək edəcək.
İttrixin təklifləri bunlardır:
1️⃣ Mərkəzi zonada taktiki qayda pozuntularına görə qapıya 17 metrdən sərbəst zərbə təyin edilsin.
2️⃣ Oyunçu üç dəfə yerə yıxılaraq həkimə ehtiyac duyarsa, həkim müdaxilə etsin, amma futbolçu 3 dəqiqə meydandan kənarda qalsın.
3️⃣ Hakimi təhqir edən oyunçu 10 dəqiqəlik oyundan uzaqlaşdırılsın — bu müddətdə “sakitləşməsi” üçün velosiped sürsün.
4️⃣ Hakim bir qərardan sonra 10 oyunçu tərəfindən əhatə olunarsa, dərhal üç qırmızı kart göstərilsin və komanda azlıqda qalsın.
İttrixin bu təklifləri Almaniyada və beynəlxalq futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
© Copyright 2025, All Rights Reserved