Almaniya millisində yeni ad - 18 yaşı var
Almaniya milli komandası bu ay iki yoldaşlıq oyunu keçirəcək.
90plus.az xəbər verir ki, Bundestim martın 27-də səfərdə İsveçrə, martın 30-da isə doğma meydanda Qana ilə qarşılaşacaq.
Yığmanın heyətinə yeni futbolçu da dəvət olunacaq. Bu, "Bayern Münhen"in 18 yaşlı yarımmüdafiəçisi Lennart Karldır.
Millinin baş məşqçisi Yulian Nagelsmann gənc istedadı qarşıdakı matçlar üçün milli komandaya çağırmağı planlaşdırır.
© Copyright 2026, All Rights Reserved