Almaniya millisinin sabiq üzvü xizək qəzasında həyatını itirdi
Almaniyalı futbolçu Sebastyan Hertner faciəvi şəkildə vəfat edib
90plus.az xəbər verir ki, almaniyalı müdafiəçi Sebastyan Hertner Monteneqroda keçirdiyi xizək tətili zamanı baş verən faciəvi hadisə nəticəsində həyatını itirib.
Hadisə Monteneqronun Jablyak şəhəri yaxınlığında yerləşən Savin Kuk xizək mərkəzində baş verib. 34 yaşlı sabiq futbolçu kanat yolunda baş verən qəza zamanı hündürlükdən yerə düşüb. Onun həyat yoldaşı isə hadisədən sağ çıxsa da, ciddi xəsarətlər alıb və ayağının sınığı səbəbindən xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, Hertnerin həyat yoldaşı kanat yolunda zədələnmiş oturacaqda ilişib qaldığı üçün xilas edildikdən sonra tibbi yardım göstərilib.
Sebastyan Hertner futbolçu karyerası ərzində Almaniyanın “Ştutqart” və “Şalke” klublarında çıxış edib, həmçinin Almaniya U-19 millisinin formasını geyinib.
Futbol ictimaiyyəti bu acı xəbər səbəbilə Hertnerin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
© Copyright 2026, All Rights Reserved