"Mançester Yunayted" Altayın performansını bəyənmir.
90plus.az xəbər verir ki, "Mançester Yunayted"də gözlənilən qədər şans əldə etməyən qapıçı Altay Bayındırın İngiltərə klubundakı gələcəyi sual altına düşüb. İngilis mətbuatı, xüsusilə "The Sun" qəzetinin xəbərinə görə, "Mançester Yunayted" "Sanderlend" klubunun gənc qapıçısı Natan Pattersonu heyətinə qatmaq istəyir.
Komandanın baş məşqçisi Erik ten Haq, əsas qapıçı Andre Onananın qeyri-sabit çıxışlarından narahatdır və daha güclü rəqabət yaratmaq məqsədilə yeni qapıçı axtarışındadır. Ten Haq, Altay Bayındırın Onananı yetərincə sıxışdırmadığını düşündüyü üçün alternativ seçimlərə yönəlib.
"Qırmızı Şeytanlar"ın qapıçı üzrə skauti Toni Coton, "Sanderlend"in çempionşipdə çıxış edən qapıçısı Natan Pattersonu yaxından izləyir. "Sanderlend" Pattersonun transfer qiymətini təxminən 20 milyon funt sterlin olaraq təyin etsə də, daha aşağı qiymətə də satışa razı ola biləcəyi ehtimal olunur.
Altay Bayındırın gələcəyi bu transfer planlarına bağlı olaraq formalaşa bilər.
© Copyright 2024, All Rights Reserved