Amerikada son çempionu saxlaya bilən yoxdur - 7-də 7...
"Oklahoma Siti Tander” 7 oyundan 7-sini qazandı.
90plus.az xəbər verir ki, NBA-də 2025/26 mövsümünə möhtəşəm başlayan “Oklahoma Siti Tander” ardıcıl yeddinci qələbəsini qazanıb.
Komanda son oyunda “Nyu Orlins Pelikans” üzərində 137:106 hesablı inamlı qələbə əldə edib.
Komandanın lideri Şey Cilcus-Aleksandr matçda 30 xal, 2 ribaund və 7 asistlə fərqlənib. Onun parlaq oyunu “Tander”in möhtəşəm seriyasını davam etdirməsində əsas rol oynayıb.
Bu nəticə ilə “Oklahoma Siti Tander” NBA tarixində ardıcıl iki mövsümə 7:0 start verən nadir komandalar sırasına daxil olub.
© Copyright 2025, All Rights Reserved