Amorim: "Premyer Liqa çempionu olmaq istəyirəm"
“Liverpul”un baş məşqçisi Ruben Amorim komandasının məqsədləri barədə danışıb.
90plus.az xəbər verir ki, o, "Nottingem"lə oyundan əvvəl iddiasını ortaya qoyub:
“Hər oyunu qazanmaq və mövsümü zirvədə bitirmək istəyirəm. Məqsədim, Premyer Liqa çempionluğu uğrunda mübarizə apara biləcək vəziyyətdə olmaqdır. Buna görə də hazırkı xal durumuna çox fikir vermirəm,” – deyə Amorim bildirib.
Portuqaliyalı mütəxəssis komandanın hər matçda stabil çıxış etməsinin əsas prioritet olduğunu da vurğulayıb.
© Copyright 2025, All Rights Reserved