Amorim: "Qvardiola Premyer Liqada hamıya problemdir"
Ruben Amorim Premyer Liqadakı rəqabət haqqında danışıb.
90plus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Qvardiolanı özünə problem edib:
"Bossun kim olduğunu göstərməyi sevən birisi deyiləm. Oyunçular bunu kiçik detallarda hiss edəcəklər."
"Hələ Sir Alex ilə tanışma fürsətim olmayıb. Birisini kopyalamaq çox çətindir, buna görə də özüm olmalıyam. Artıq fərqli bir dövrdəyik və onunla eyni adam ola bilmərəm. Buna görə də fərqli bir yanaşma sərgiləməliyəm. Fərqli yanaşma ilə də oyunçularımdan tələblərimi verə bilərəm."
"Quardiola'nın müqavilə müddətini uzatması Premyer Liqadakı hər kəs üçün problem olmalıdır. Amma görməli çox işimiz var və rəqiblərə fokuslanmırıq. Yalnız bu klubə fokuslanmalıyıq. Əgər onları məğlub edə bilsək, bu yaxşıya işarə olar, amma öncəliklə özümüzə diqqət etməliyik."
© Copyright 2026, All Rights Reserved